“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
Haqqımızda

Azərbaycanda həmkarlar təşkilatları XX əsrin əvvəllərində yaranmışdır. Həmkarlar hərəkatı əvvəlcə Avropadan Rusiyaya, oradan isə Azərbaycana yayılmış, zamanla ölkədə sosial və iqtisadi problemlərin həllində fəal iştirak etmişdir. Bu təşkilatlar həmçinin siyasi tələblər irəli sürməklə də fərqlənmişlər.

Çarizm dövründə gizli fəaliyyət göstərən həmkarlar, 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə açıq fəaliyyətə keçmişdir. Bu zaman milli düşüncəli insanlar bir araya gələrək həmkarlar təşkilatlarının inkişafına təkan vermiş, cəmiyyətin müxtəlif təbəqələrini birləşdirmişlər.

Həmkarlar təşkilatları bu illərdə genişlənməyə və daha çox insana çatmağa başlamışdır. Lakin Azərbaycanın Sovet imperiyasının əsarəti altına düşməsi bu təşkilatların möhkəmlənməsinə və müstəqil fəaliyyət göstərməsinə imkan verməmişdir.

backgroundbackground

Ümumi müraciət sayı

117

Aylıq giriş sayı

8318

Günlük giriş sayı

83
ATİAHİ

Ümumi Məlumat

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (bundan sonra «İttifaq» adlanacaq) öz üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün iş yeri, peşə, ərazi, sahələr üzrə yaradılmış həmkarlar ittifaqı təşkilatlarının ümumölkə birliyidir.

Struktur

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının strukturu təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilat komitələri, rayon (şəhər) komitələri, həmçinin Respublika Komitəsi səviyyəsində təşkilatlanmış olub, vahid mərkəzdən idarə olunan və qarşılıqlı əlaqə əsasında fəaliyyət göstərən çoxpilləli bir sistemdən ibarətdir.

İkitərəfli əməkdaşlıq

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi ittifaq üzvlərinin hüquqlarını qorumaq məqsədilə bir çox ölkələrin həmkarlar ittifaqları ilə qarşılıqlı əlaqələr qurmuş, Bolqarıstan, Türkiyə, Misir, Estoniya, Gürcüstan, Latviya, Litva, Malta, Rusiya, Belarus, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Macarıstan, Sloveniya, Şimali Makedoniya, Bosniya və Herseqovina, İsrail, Serbiya, İsveç və Albaniyanın uyğun həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalamışdır.

Üzv təşkilatlar

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 5722 ilk təşkilatda 400 000-ə yaxın ittifaq üzvünü birləşdirir. Bu təşkilatlarda ödənişli əsaslarla çalışan aparat işçilərinin sayı: 408 nəfər

ATİAHİ-nin Normativ-Metodiki Sənədləri, Tövsiyələri

ATİAHİ Respublika Komitəsinin Reqlamenti, ATİAHİ orqanlarında hesabat-seçkilərin keçirilməsi qaydası haqqında təlimat, ATİAHİ-yə üzv təşkilatlarda kargüzarlığın aparılmasına dair təlimat.

Beynəlxalq Təşkilatlarla Əlaqələr

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əməkdaşlıq çərçivəsində bəzi ölkələrin uyğun həmkarlar ittifaqı təşkilatları ilə təcrübə və informasiya mübadiləsi məqsədi ilə iki tərəfli əlaqələr qurur, eyni zamanda bir sıra beynəlxalq həmkarlar ittifaqlarının tam hüquqlu üzvüdür.

Xəbərlər
Hamısına Bax
xaribulbul-back

Şəhidlərimizi QÜRURLA ANIRIQ!

xaribulbul

Heç bir video tapılmadı.

Təşkilat saytları
Hamısına Bax