Xaçmazda qadınlar bayramı qeyd olunub
Martın 7-də Xaçmaz rayonunun Nərəcan kənd tam orta məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə məktəbin qadın müəllimləri iştirak ediblər. 
 
Məktəbin həmkarlar ittifaqı komitəsinin sədri Xaliq Zamanov ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolundan, gənclərin tərbiyə almasında xidmətlərindən, vətənpərvər ruhda gənc nəslin yetməsinə verdikləri töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan anasının iradəsi Vətən müharibəsində qələbəmizin əsas ilhamvericisi oldu. Onun sözlərinə görə, analar öz övladlarını böyük şövqlə cəbhəyə yola salırdı.
 Daha sonra qadınları bayaram münasibətilə təbrik edən X.Zamanov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin sonunda bayram münasibətilə qonaqlıq təşkil olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo