Martın 15-də Xaçmaz Peşə Liseyinin direktoru Abbasqulu Məstəliyevin 65 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, rəhbərlik etdiyi təhsil ocağının kollektivi və rayon ziyalıları iştirak ediblər.
Liseyin həmkarlar ittifaqı komitəsinin sədri Şamil Bağıyev çıxışında Abbasqulu müəllimin rayonda peşə təhsilinin inkişafında xidmətlərindən, onun rəhbərliyi ilə liseydə təhsilin yüksək keyfiyyətindən, əldə olunmuş nailiyyətlərdən bəhs edib.
Daha sonra çıxış edənlər yubilyarın həyat yolundan, nümunəvi davranışlarından, müəllim adını şərəflə qorumasından danışıblar.
Sonda Abbasqulu müəllimə Fəxri fərman və hədiyyələr təqdim olunub.